“Bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, habelə ölkələrin daxili işlərinə qarışmamaq və digər prinsipləri təşviq edən tarixi “Bandunq prinsipləri” Azərbaycanın xarici siyasətinin prioritetləri ilə tam uyğundur. Bu səbəbdən 10 il əvvəl Azərbaycan Qoşulmama Hərəkatı ailəsinin üzvü oldu. Qısa müddət ərzində ölkəmiz Hərəkatda olduqca böyük nüfuz və etimad qazandı. 2016-cı ildə bütün üzv dövlətlərin yekdil qərarı ilə 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədrlik bizə həvalə edildi.”
Azərbaycan Respublikasının Prezidenti İlham ƏliyevQoşulmama hərəkatı 1961-ci ildə, Soyuq müharibə dövründə gərginliyi azaltmaq məqsədilə yaradılıb. Bu hərəkat Qərb ittifaqı ilə Şərq blokundan əlavə üçüncü blok kimi meydana çıxıb. Qoşulmama Hərəkatına üzv olan ölkələr hərbi bloklara qoşulmur. 2012-ci ildə üzv dövlətlərin sayı 120-ə çatan bu blokda 17 ölkə də müşahidəçidir.
Qoşulmama Hərəkatı yarandığı tarixdən bəri beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsində əsaslı rol oynayıb. Mövcud olduğu 60 ilə yaxın müddət ərzində Hərəkata üzv dövlətlər ortaq prinsip və dəyərləri qoruyub saxlamış və qarşılıqlı əməkdaşlığa gətirib çıxaran fəaliyyət üçün ortaq zəmin yaratmaq bacarığı nümayiş etdirib. Qoşulmama Hərəkatının Azərbaycan üçün önəmini artıran amillərdən biri də bu təşkilatın prinsiplərinin ölkəmizin xarici siyasət prioritetləri ilə tam üst-üstə düşməsidir. Azərbaycan altmış il əvvəl əsası qoyulmuş Qoşulmama Hərəkatının 10 ildir ki, üzvüdür. Hərəkatın 2019-cu ildə Bakıda Zirvə görüşü təşkil edildi. Hərəkata üzv ölkələrin 2016-cı ildə Venesuelada keçirilmiş zirvə görüşündə 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunmuşdur.
Azərbaycan 30 illik münaqişəyə son qoydu,hərbi-siyasi yollarla özünün ərazi bütövlüyünü bərpa etdi.44 günlük müharibənin nəticəsi olaraq tam məğlubiyyətə uğrayan Ermənistan 2020-ci il 10 noyabr tarixində kapitulyasiya aktına imza ataraq, Azərbaycanın işğal altında olan digər digər ərazilərindən qoşunlarını çıxarmağa məcbur oldu.Bununla da Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu.Müharibənin gedişatında da Azərbaycana qardaş ölkə Türkiyə ilə birlikdə Hərəkata üzv olan ölkələr də öz siyasi dəstəyini göstərdi.Qoşulmama Hərəkatı ölkələri beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə göstərilən dəstək çox önəmlidir.
“Azərbaycan Qoşulmama Hərəkatının vahid səsini ucaldaraq, Hərəkatın maraqlarını bütün mümkün beynəlxalq platformalarda müdafiə etmişdir. Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində həmrəyliyin artırılması, beynəlxalq arenada Hərəkatın mövqeyinin və nüfuzunun gücləndirilməsi sahəsində birgə səylər göstərməkdə davam edəcək.”
Hikmət Əliyev,
Masallı rayonu Heydər Əliyev Mərkəzinin əməkdaşı