Azərbaycanda müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların uşaqlarına aylıq müavinət ödəniləcək.
LEQAL.AZ-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin iyulun 13-də imzaladığı “Hərbi qulluqçuların statusu haqqında” qanununa dəyişiklik edilməsi ilə mümkün olub.
Dəyişikliyə əsasən, müddətli həqiqi hərbi xidmətdə olan şəxsin hər övladına aylıq 100 manat sosial müavinət ödəniləcək.