Gənc heykəltəraş şəhid polkovnikə büst hazırladı - FOTOLAR

Gənc heykəltəraş şəhid polkovnikə büst hazırladı - FOTOLAR
  • Mədəniyyət

  • Vətən uğrunda son damla qanına qədər vuruşaraq şəhidlik zirvəsinə ucalan qəhrəman övladlarımızdan biri də ölümündən sonra "Qarabağ" ordeni və "Vətən uğrunda" medalı ilə təltif olunan polkovnik-leytenant Mehman Şirvanovun heykəli hazırlanıb.

    LEQAL.AZ-ın Cənub bürosunun verdiyi məlumata görə, Masallı rayonunun Qasımlı kəndindən olan gənc və istedadlı heykəltaraş Aqşin Balayev şəhid Mehmanın heykəlini hazır edib.

    Qeyd edək ki, Mehman Mirəziz oğlu Şirvanov 1980-ci il fevralın 24-də Lənkəranın Ürgə kəndində dünyaya göz açıb. O, 1986-1997-ci illərdə orta təhsilini kənd məktəbində alan Mehman 1998-2002-ci illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində oxuyub. Hərb sənətinə yiyələn zabit Mehman Şirvanov 23 il ərzində Naxçıvan, Yevlax, Tərtər və Goranboy rayonlarında nümunəvi və qüsursuz xidmət edib. Xidmət dövründə bir sıra xarici ölkələrdə, o cümlədən Rumıniyada, Türkiyədə və NATO tərəfindən təşkil olunan ixtisasartırma kurslarına qatılıb. O, 2016-cı ildə Aprel döyüşlərində böyük igidlik göstərib.

    Qırx yaşında şəhidlik zirvəsinə ucalan Mehmanın 2 yaşlı qızı Nuray ondan yadigar qaldı.

    Qəlbində daim Vətən məhəbbətini yaşadan və bu hissi hər şeydən üstün tutan gənc heykəltərşa yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

    Allah bütün şəhidlərimizi rəhmət eləsin!

    Vətən sağolsun!



    PAYLAŞ:

    Oxşar xəbərlər