Özbəkistanın tanınmış şairi Xasiyyət Rüstəmin Qarabağ müharibəsinə dair kitabının təqdimatı keçiriləcək

Özbəkistanın tanınmış şairi Xasiyyət Rüstəmin Qarabağ müharibəsinə dair kitabının təqdimatı keçiriləcək
  • Mədəniyyət

  • Daşkənddə tanınmış özbək şairi Xasiyyət Rüstəmin Qarabağ müharibəsinə dair Azərbaycanda çap olunmuş “Adı Lalə idi o qızın” adlı poemasının onlayn təqdimatı keçiriləcək.

    azərtac xəbər verir ki, təqdimat mərasimi Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsi, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM), Dünya Gənc Türk Yazarlar Birliyi və “Zirvə” Tədris Mərkəzinin birgə təşəbbüsü ilə reallaşacaq.

    Əsəri özbəkcədən Azərbaycan dilinə Rəhmət Babacan, Azərbaycan şairləri Əkbər Qoşalı və Elşən Əzim uyğunlaşdırıblar.

    “Adı Lalə idi o qızın” adlı kitab Dünya Gənc Türk Yazarlar Birliyi və “Zirvə” Tədris Mərkəzinin layihəsi ilə çap olunub və nəşrin məsləhətçiləri Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və Milli Məclisin deputatı Məşhur Məmmədovdur.

    Şeirləri dünyanın bir çox dillərinə çevrilmiş Xasiyyət Rüstəmin Azərbaycanda işıq üzü görən ikinci kitabının “Ön söz” və “Təqdim” yazılarının müəllifləri Qənirə Paşayeva və AMM-in direktoru Samir Abbasovdur. Kitabın redaktorları Əkbər Qoşalı və İntiqam Yaşardır.

    Özbəkistanın və Azərbaycanın tanınmış simalarının, ziyalılarının, qələm adamlarının iştirak edəcəyi təqdimat mərasimindən sonra kitab hər iki ölkənin mədəniyyət ocaqlarına, kitabxanalara, dövlət qurumlarına və oxucularına hədiyyə ediləcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər