Arakçı Fidanla danışdı

Arakçı Fidanla danışdı
  • Maraqlı / Dünya

  • İran xarici işlər naziri Abbas Arakçı ilə türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı baş tutub.

    "Leqal"  xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

    Telefon danışığı zamanı Arakçı bildirib ki, İranın regional ölkələrdəki ABŞ hərbi bazalarına qarşı atdığı addımlar özünümüdafiə çərçivəsindədir.

    Hörmüz boğazının bloklanması mövzusunu müzakirə edən A.Arakçı qeyd edib ki, regionda yaranmış qeyri-sabitlik ABŞ və İsrailin addımlarının birbaşa nəticəsidir.

    Öz növbəsində, Türkiyənin XİN rəhbəri regionda müharibənin davam etməsinin nəticələrinə diqqət çəkib və region ölkələrinin nümayəndələri ilə son məsləhətləşmələr barədə danışıb.

    H.Fidan gərginliyin azaldılması və İranla Yaxın Şərq ölkələri arasında münasibətlərin möhkəmləndirilməsi üzrə səylərin vacibliyini vurğulayıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər