İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələri

  • Cəmiyyət

  •  Sovet İttifaqının dağılmasından sonra Ermənistan və Azərbaycan arasında çəkişmələrə səbəb olan Qarabağ məsələsi 2023-cü il sentyabrın 19-da bu ərazidə aparılan antiterror tədbirləri nəticəsində yenidən gündəmə gəlib. Belə ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi regionda Ermənistana məxsus legitim hərbi hədəflərə qarşı həyata keçirilən antiterror tədbirləri ilə bağlı Azərbaycan Respublikasının səbəb, məqsəd və gələcək səylərini izah edən bəyanat yayıb. Qarabağ iqtisadi rayonunda həyata keçirilən antiterror tədbirləri bu problemin bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması ilə yanaşı, qarşıda duran öhdəliklər və problemin nizamlanması yolunda hələ də həll tələb edən vəzifələr barədə suallar doğurur.

    Azərbaycanın antiterror tədbirlərinin mahiyyətini anlamaq üçün 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra baş verən hadisələri və münaqişə tərəfləri arasında qarşılıqlı əlaqələri tədqiq etmək son dərəcə vacibdir. Vətən müharibəsi kimi tanınan İkinci Qarabağ müharibəsi 1990-cı illərin əvvəllərindən Ermənistanın işğal etdiyi ərazilərdə Azərbaycan tərəfindən nəzarətin bərpa edilməsi ilə nəticələndi.

    Azərbaycanın zəfərində siyasi əzmkarlıq, hərbi üstünlük və Türkiyənin diplomatik dəstəyi də daxil olmaqla bir sıra amillərin, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın hərbi potensialının düzgün qiymətləndirilməməsi, Ermənistanda Birinci Qarabağ müharibəsi nəticəsində hökm sürən nikbinlik, Ermənistanın 30 il ərzində inşa etdiyi qeyri-adekvat müdafiə infrastrukturu və xüsusilə, Ermənistanın böyük dövlətləri, xüsusən də Rusiyanı, münaqişəyə cəlb etməkdə diplomatik uğursuzluqları xüsusi rol oynadı.

    Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlar Ermənistanın yersiz tələbləri, o cümlədən, Azərbaycan ərazisi olan Qarabağda erməni əhalisinin hüquq və təhlükəsizliyi adlı tələbləri səbəbindən kifayət qədər ləng gedirdi. Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiyası məsələsi danışıqlar prosesində ləngimənin əsas səbəbi oldu. Qarabağdakı erməni sakinlər Bakı ilə birbaşa danışıqlara getmək istəmir, beynəlxalq mediatorların vasitəçiliyi ilə keçirilən görüşlərə üstünlük verirdilər ki, bu da öz növbəsində mürəkkəb olan danışıqlar prosesini daha da mürəkkəbləşdirirdi. Lakin Azərbaycan mövqeyini aydın şəkildə ifadə edir - Ermənistan Azərbaycanın bu region üzərində suverenliyini tanıdığı üçün Qarabağ məsələsi artıq beynəlxalq gündəmin parçası deyil.

    Lakin Qarabağda yaşayan ermənilər Bakıda görüş dəvətini rədd edərək Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Qarabağda görüşün keçirilməsinə üstünlük verdilər. 2023-cü il martın 27-də rəsmi Bakı Qarabağda reinteqrasiya və infrastruktur layihələrinin həyata keçirilməsini müzakirə etmək məqsədilə Qarabağdakı ermənilərə növbəti dəvət göndərdi. Bununla belə, onlar yenə də Azərbaycanla birbaşa danışıqların Bakıda keçirilməsi perspektivini rədd etdilər. Bakı ilə danışıqlardan imtina etməklə yanaşı, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri daxilində Ermənistana məxsus qeyri-qanuni silahlı dəstələrin saxlanılması inadla davam etdirildi. Bununla bağlı Azərbaycan dəfələrlə bəyan edib ki, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq, Azərbaycanın Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələri birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülhə və təhlükəsizliyə ciddi təhlükə yaradır. Bölgədə sülhə və sabitliyə nail olmağın yeganə yolu Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tam çıxarılması və marionet rejiminin ləğvidir.

    Lakin Azərbaycan mövqelərinin sistematik atəşə tutulması, Azərbaycan ərazilərində mina basdırılmasının davam etdirilməsi və Ermənistan silahlı qüvvələrinin regionda döyüş mövqelərini gücləndirməsi barədə məlumatlar tərəflər arasında mövcud olan gərginliyi daha da artırıb. Ermənilər tərəfindən əvvəllər təmizlənmiş ərazilərdə minaların quraşdırılması kimi kəşfiyyat və təxribat hadisələri həm mülki əhali, həm də hərbi qulluqçular üçün ciddi təhlükə yaratmaqda idi. Bu baxımdan, Azərbaycan bu narahatlıqlara cavab olaraq 2023-cü il sentyabrın 19-da Qarabağ bölgəsində lokal antiterror tədbirləri keçirməyə başladı.

    Azərbaycan Respublikası Müdafiə Nazirliyinin açıqlamasında bildirilib ki, antiterror tədbirlərinin məqsədi 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatın müddəalarının təmin edilməsi, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi,  işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsidir.

    Paşayev Teymur,
    Masallı rayon E.Heybətov adına Dəlləkoba kənd ümumi orta məktəbi

                        İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələri.

                  Sovet İttifaqının dağılmasından sonra Ermənistan və Azərbaycan arasında çəkişmələrə səbəb olan Qarabağ məsələsi 2023-cü il sentyabrın 19-da bu ərazidə aparılan antiterror tədbirləri nəticəsində yenidən gündəmə gəlib. Belə ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi regionda Ermənistana məxsus legitim hərbi hədəflərə qarşı həyata keçirilən antiterror tədbirləri ilə bağlı Azərbaycan Respublikasının səbəb, məqsəd və gələcək səylərini izah edən bəyanat yayıb. Qarabağ iqtisadi rayonunda həyata keçirilən antiterror tədbirləri bu problemin bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması ilə yanaşı, qarşıda duran öhdəliklər və problemin nizamlanması yolunda hələ də həll tələb edən vəzifələr barədə suallar doğurur.

    Paşayev Teymur 

    PAYLAŞ:

    Oxşar xəbərlər