Yaxın Şərqdə münaqişənin genişlənməsi fonunda Fransa Prezidenti Emmanuel Makron televiziya ilə xalqa müraciət edib.
"Leqal" xəbər verir ki, Makron çıxışında təhlükəsizlik və müdafiə tədbirlərini açıqlayıb.
Makron münaqişənin qeyri-sabitlik gətirdiyini və gətirəcəyini bildirib. O, daha əvvəl, Fransanın yeni nüvə doktrinasına dair çıxışında Yaxın Şərqdə ölkə sərhədlərinə yaxın mümkün alovlanma barədə xəbərdarlıq etmişdi. Prezidentin sözlərinə görə, qaydalar sistemi dağılıb və Fransa öz maraqları əsasında silahlara nəzarət mexanizmlərinin yenidən qurulmasına çalışmalıdır.
Fransa prezidenti münaqişədən təsirlənən bir sıra ölkələrin liderləri, o cümlədən Livan, Qətər və BƏƏ rəhbərliyi ilə danışıqlar aparıb. Paris həm diplomatik kanalları açıq saxlamağa, həm də hərbi hazırlıq səviyyəsini artırmağa çalışır.