Pakistan İranla sərhəddə terror qruplaşmanın hücumu nəticəsində iki sərhədçisinin öldürüldüyünü açıqlayıb.
Bu barədə Pakistan Silahlı Qüvvələrinin media orqanı məlumat yayıb.
Bildirilib ki, hadisə Bəlucistan əyalətinin cənub-qərbindəki Keç bölgəsində baş verib.
"Bir qrup terrorçu Pakistan-İran sərhədi boyunca fəaliyyət göstərən Pakistan təhlükəsizlik qüvvələrinin postunu atəşə tutub. Terrorçulara qarşı effektiv tədbir görülməsi üçün İran tərəfi ilə lazımi əlaqə qurulur”, - məlumatda qeyd olunub.//APA