İranla sərhəddə Pakistanın 4 əsgəri öldürülüb

İranla sərhəddə Pakistanın 4 əsgəri öldürülüb
  • Dünya

  • İranla sərhəddə Pakistanın 4 əsgəri öldürülüb.

    Leqal.az  "Aljazeera"ya istinadən xəbər verir ki, bu barədə Pakistan ordusunun media orqanı ISPR məlumat yayıb.

    Bildirilib ki, hadisə Bəlucistan əyalətinin cənub-qərbindəki Keç rayonunda baş verib

    "İran tərəfdən fəaliyyət göstərən bir qrup terrorçu Pakistan-İran sərhədi boyunca fəaliyyət göstərən Pakistan təhlükəsizlik qüvvələrinin sərhəd patruluna hücum edib.

    Terrorçulara qarşı effektiv tədbir görülməsi və gələcəkdə belə hadisələrin qarşısının alınması üçün İran tərəfi ilə lazımi əlaqə qurulur", -məlumatda qeyd olunub.

    Hadisə ilə bağlı heç kim məsuliyyəti üzərinə götürməyib.

    Qeyd edək ki, Pakistan-İran sərhədi 900 km uzunluğundadır. Daha əvvəl də İran - Pakistan sərhədində təhlükəsizlik insidentləri baş verib./apa
    PAYLAŞ:

    Oxşar xəbərlər