Türkiyənin birinci xanımı Əminə Ərdoğan Türkiyə-Azərbaycan qardaşlığının simvoluna çevrilmiş Sərvər Bəşirlini, onun yaxın qohumları İmamverdi Bəşirlini və daha bir yaxın qohumunu prezident sarayına iftar yeməyinə dəvət edib.
Dəvət məktubunda bu sətirlər yer alıb: "Əminə Ərdoğan Prezident Sarayında 18 aprel 2023-cü il tarixdə, çərşənbə axşamı saat 19:36-da verəcəkləri iftar yeməyinə qatılmağınızı rica edir".
İftar yeməyindən sonra isə xatirə fotoları çəkilib. /Musavat.com