Bir qrup şəxs tərəfindən qanunsuz təşkil edilən aksiya cəhdində ictimai asayişi mühafizə edən polis əməkdaşlarının fəaliyyətinə müdaxilə edən Nurlan Cəfəri inzibati məsuliyyətə cəlb edilib.
Bu barədə mətbuatın sorğusuna cavab olaraq DİN-in mətbuat xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı bildirib.
Qeyd edilib ki, o paytaxtın Yasamal rayonunda qanunsuz aksiyada polis əməkdaşlarının xidməti fəaliyyətinə mane olduğu, jurnalist etikasından kənar hərəkətlər etdiyi üçün ərazidən uzaqlaşdırılıb.
Qeyd olunan ərazidə aparılan digər çəkilişlərdə N.Cəfərinin polis əməkdaşlarının xidməti fəaliyyətinə mane olmaqla kobudluq etməsi və əl hərəkətləri ilə onları vurmağa cəhd göstərməsi müşahidə edilib. O, bu əməllərə görə polis orqanına dəvət olunmaqla etdiyi hərəkətlər sübutlarla ona əyani göstərilib. Konkret sübutlar qarşısında etdiyi hərəkətlərdən peşman olduğunu bildirən N.Cəfəri barəsində toplanan materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə N.Cəfəri barəsində 15 sutka inzibati tənbeh tədbiri tədbiq edilib./report