Azərbaycan Prezidenti İlham Əliyevin martın 15-də Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü başlayıb.
Leqal.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
***
Ankaradakı Prezident Sarayında İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.
Dövlət başçıları birgə foto çəkdiriblər.