Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb

Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb
  • Cəmiyyət / Maraqlı

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına işgüzar səfəri fevralın 25-də başa çatıb.

    Leqal.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı İstanbulun Atatürk Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

    Prezident İlham Əliyevi rəsmi şəxslər yola saldılar.

    13:56

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də Türkiyəyə işgüzar səfərə gəlib.

    Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı İstanbulun Atatürk Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Prezident İlham Əliyevi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və digər rəsmi şəxslər qarşılayıblar.





    13:00

    Azərbaycan Prezidenti İlham Əliyev bu gün Türkiyəyə səfər edəcək.

    Bu barədə “Haber Global” məlumat yayıb.

    Bildirilir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vahdettin köşkündə azərbaycanlı həmkarı İlham Əliyevlə görüşəcək. İki liderin görüşü yerli vaxtla saat 14:00-da (Bakı vaxtı ilə saat 15:00-da) başlayacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər