"Ağır gecə. Ölkəyə kütləvi raket hücumu. Kiyev, Kirovoqrad vilayəti, Dnepropetrovsk vilayəti, Odessa vilayəti, Xarkov vilayəti, Zaporojye, Lvov vilayəti, İvano-Frankivsk rayonu, Jitomir vilayəti, Vinnitsa vilayəti. Özü də yaşayış binalarına hücumlar. Təəssüf ki, ölənlər və yaralananlar var. Ailələrə başsağlığı verirəm”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında paylaşıb.
O, bu gecə Ukraynaya Rusiya tərəfindən 81 raketin atıldığını bildirib.