Dneprə raket hücumunda 23 nəfər ölüb, 43 şəxs itkin düşüb

Dneprə raket hücumunda 23 nəfər ölüb, 43 şəxs itkin düşüb
  • Maraqlı / Dünya

  • Dneprdə yaşayış binasına raket hücumu nəticəsində həlak olanların xatirəsinə üç günlük matəm elan edilib.

    LEQAL.AZ xəbər verir ki, bu barədə Dnepr meri Boris Filatov məlumat yayıb.

    Faciənin baş verdiyi ərazidə xilasedicilər, hərbçilər, şəhər xidmətləri, polis və bir çox texniki işçilər işləyirlər. Dağıntıların təmizlənməsi davam edir.
    Xatırladaq ki, yanvarın 14-də Ukrayna ərazisinin kütləvi atəşə tutulması zamanı Dneprdə yaşayış binasına raket zərbəsi endirilib.
    Nəticədə 27 nəfər həlak olub, onlarla sakin yaralanıb.

    17:31

    Rusiya ordusunun Ukraynanın Dnepr şəhərinin rayonlarından birində hündürmərtəbəli binaya raket hücumu nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb.

    Bu barədə Dnepr Şəhər Şurası məlumat yayıb.
    Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, biri uşaq olmaqla 23 nəfər ölüb, 13-ü uşaq olmaqla isə 72 nəfər xəsarət alıb.
    Eyni zamanda 6-sı uşaq olmaqla 39 nəfər xilas edilib. İtkin düşmüş şəxslə bağlı 43 məlumat daxil olub.

    xxx
    10:31

    Ukraynanın Dnepr şəhərində çoxmərtəbəli binanın dünən atəşə tutulması nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.

    Bu barədə Dnepropetrovsk vilayətinin rəhbəri Valentin Rezniçenko Telegram-da məlumat verib.
    "Səhər saatlarında Dneprdə öz evində Rusiya raketi ilə həlak olan 18 nəfər var. 73 yaralı - onlardan 40-dan çoxu xəstəxanadadır, 4-ü reanimasiyada – ağır vəziyyətdərir. Xilasetmə əməliyyatı davam edir. 40-dan çox insanın taleyi insanlar naməlum olaraq qalır" deyə yazıb.

    xxx
    09:10

    Ukraynanın Dnepr şəhərində yaşayış kompleksinə raket düşməsi nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.

    Bu barədə Dnepropetrovsk vilayətinin rəhbəri Valentin Rezniçenko bildirib.

    Rezniçenkonun sözlərinə görə hücumda yaralanan 73 nəfərdən 59-u xəstəxana şəraitində müalicə alır. Axtarış-xilasetmə işləri davam edir.

    XXX
    00:20

    Yanvarın 14-də Rusiyanın Dnepr rayonlarından birində hündürmərtəbəli binanı atəşə tutması nəticəsində azı 9 nəfər həlak olub. 

    LEQAL.AZ Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, Dnepropetrovsk OVA-nın rəhbəri Valentin Rezniçenko yazıb.

    "Artıq 9 ölü var, onların arasında 15 yaşlı qız da var. Yaralıların sayı 64-ə çatıb. Onlardan 59-u xəstəxanaya yerləşdirilib, qalanları evlərində müalicə olunur", - məlumatda deyilir. 

    Hündürmərtəbəli binanın dağıntıları altından 6-sı uşaq olmaqla 35 nəfər xilas edilib. Axtarış-xilasetmə əməliyyatı davam edir.

    xxx
    14.01.2023 / 20:59
    Rusiyanın Dneprdə çoxmərtəbəli binaya raket hücumu nəticəsində onlarla ukraynalı yaralanıb.

    Bu barədə Dnepropetrovsk vilayət hərbi qüvvələrinin rəhbəri Valentin Rezniçenko yazıb.
    Məlumata görə, artıq 39 yaralı var, onlardan yeddisi uşaqdır.

    Müəllif: Mənbə/Unikal
    PAYLAŞ:

    Oxşar xəbərlər