16 yanvar 2023-cü il tarixdə Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının təsis edilməsinin 30 illiyinə həsr olunmuş Quba Rayon İcra Hakimiyyətnin və Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir.
102info.az xəbər verir ki, əvvəlcə Rayon İcra Hakimiyyəti başçısının müavinlərinin, YAP Quba rayon təşkilatının sədrinin, rayon hüquq-mühafizə orqanlarının rəhbər şəxlərinin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsi ziyarət olunmuş, sonra isə Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatında yığıncaq keçirilmişdir.
Yığıncağın sonunda şəhid ailələrinə hədiyyələr, Partiyasının işində fərqlənmiş bir sıra şəxslərə fəxri fərmanlar və Yeni Azərbaycan Partiyasına yeni qəbul olunmuş üzvlərə vəsiqələr təqdim edilmişdir.tədbir keçirildi.
Tədbir Ümummilli Lider Heydər Əliyevin abidəsinin ziyarət olunması ilə başlanıldı, iştirakçılar abidənin önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə etdilər
Sonra tədbir Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının akt zalında davam etdirildi.
Tədbirdə Dövlət Himni səsləndirildi, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra rayon təşkilatının sədri Fidan Hüseynova məruzə ilə çıxış edərək qeyd etdi ki, 1993-cü ilin yanvar ayının 16-da Respublika rayonları arasında 2-ci olaraq təsis konfransı keçirilərək Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatı yaradılmışdır.
Bu gün artıq təşkilatımız sağlam düşüncəli, partiyanın amalına sədaqətli, Cənab Prezidentin daxili və xarici siyasətini dəstəkləyən 9608 nəfər partiya üzvünü öz ətrafında birləşdirib. Onlar 82 ərazi partiya təşkilatında təmsil olunurlar. Partiya üzvlərinin 4044 nəfərini qadınlar, 1979 nəfərini 18-35 yaşlı gənclər təşkil edir.
Tədbirdə çıxış edən Quba rayon İcra Hakimiyyətinin Başçısının 1-ci müavini Taryel İbrahimov qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin ideyaları yaşayır, qalib gəlir. Azərbaycan Prezidenti, Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyev tərəfindən bu ölməz amallar sədaqətlə, cəsarətlə daha müvəffəqiyyətlə həyata keçirilir.
Tədbirdə çıxış edən Azərbaycan Dövlət Pedoqoji Universitetinin Quba filialında müəllimi, əməkdar mədəniyyət işçisi Elza Orucova vurğulayıb ki, Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi və Müzəffər, rəşadətli Azərbaycan Ordusnun yüksək qəhrəmanlığı sayəsində Böyük Zəfər qazanıldı. İndi həmin ərazilərimizdə quruculuq və abadlıq işləri aparılır. Bu şərəfli missiyanın həyata keçirilməsində biz də Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının bütün üzvləri, bütün qubalılar Möhtərəm Prezidentimizin ətrafında sıx birləşərək, onun apardığı siyasəti dəstəkləyərək hər zaman olduğu kimi onun yanındayıq.
Şəhid anası Mehriban Əliyeva çıxış edərək Yeni Azərbaycan Partiyasının qələbələr partiyası olduğunu vurğuladı. Şəhidlərin ailə üzvülərinin, Qazilərimizin dövlətimiz tərəfindən daim qayğı ilə əhatə olunduqlarını, göstərilən diqqət və qayqıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi,
“Vətən Naminə Şəhid ailələrinə dəstək İctimai Birliyi”-nin sədri, Şəhid anası Tünzalə Abduləlimova şəhid ailələri, qazilər və digər həssas qrupa aid insanlara dövlət tərəfindən diqqət və qayğının göstərilməsindən danışdı. Bu kateqoriyadan olan insanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması kimi məsələlərin dövlətimizin yürütdüyü siyasətin prioritet istiqamətlərindən olduğunu bildirdi.
Quba rayon Ağsaqqallar Şurasının sədri İldırım Məmmədov bildirib ki, Heydər Əliyev dühasının Yeni Azərbaycan Partiyasının proqramında ifadəsini tapmış dövlətçilik strategiyası son 30 ildə bütün istiqamətlərdə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi prinsiplərinə söykənib. Bu müddətdə hüquqi dövlət quruculuğu, ölkənin iqtisadi və sosial inkişafı, Azərbaycanda vətəndaş cəmiyyətinin qurulması, milli təhlükəsizlik və xarici siyasət məsələlərinin həlli istiqamətində mühüm işlər görülüb. Bunlar partiyaya olan inamı, etimadı daha da gücləndirib və sarsılmaz edib.
Sonra partiya işindəki səmərəli fəaliyyətlərinə görə bir qrup şəxs fəxri fərman və qiymətli hədiyyələrlə təltif edildi.
Tədbirin sonunda partiya sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edildi.