Azərbaycanda son sutkada 105 nəfər COVID-19-a yoluxub, üç nəfər vəfat edib

Azərbaycanda son sutkada 105 nəfər COVID-19-a yoluxub, üç nəfər vəfat edib
  • Maraqlı

  • Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 105 yeni yoluxma faktı qeydə alınıb, 22 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

    Azərbaycanda indiyədək ümumilikdə 826 908 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 816 404 nəfər müalicə olunaraq sağalıb, 10 020 nəfər vəfat edib, aktiv xəstə sayı 484 nəfərdir.

    Ölkədə son sutka ərzində 2 472, hazırkı dövrədək isə 7 444 231 test aparılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər