Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərinin “müstəqilliyi” və “suverenliyi”ni tanıyıb.
LEQAL.AZ Rusiya mediasına istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bununla bağlı müvafiq fərman imzalayıb.
Xatırladaq ki, sentyabrın 23-dən 27-nə qədər “Donetsk və Luqansk Xalq Respublikaları”nda, eləcə də Xerson və Zaporojye vilayətinin rusiyalı hərbçilərin nəzarətində olan hissəsində həmin ərazilərin Rusiyanın tərkibinə daxil edilməsi ilə bağlı “referendum” keçirilib. Bu gün isə Kremldə yeni ərazilərin Rusiyanın tərkibinə daxil edilməsi ilə bağlı müqavilələrin imzalanması mərasimi keçiriləcək. Mərasim zamanı Rusiya Prezidenti Vladimir Putinin geniş çıxışı gözlənilir./qafqazinfo