Azərbaycanda son sutkada 557 nəfər COVID-19-a yoluxub

Azərbaycanda son sutkada 557 nəfər COVID-19-a yoluxub
  • Maraqlı

  • Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 557 yeni yoluxma faktı qeydə alınıb, 576 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış vəfat edən olmayıb.

    İndiyədək ölkədə ümumilikdə 812 116 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 798 719 nəfər müalicə olunaraq sağalıb, hazırda 3 592 aktiv xəstə var. Bu günə qədər 9 805 nəfər vəfat edib.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 320, bu günə qədər isə ümumilikdə 7 145 345 test icra olunub.
    PAYLAŞ:

    Oxşar xəbərlər