Gecə saatlarında ruslar Kiyev vilayətinə raket zərbələri endirib.
Bu barədə Kiyev Regional Hərbi Administrasiyasının rəhbəri Oleksiy Kuleba məlumat verib.
"Gecə düşmən Vışqorod rayonunun icmalarından birinə raket zərbəsi endirib. Bu gün səhər saatlarına olan məlumata görə, dinc sakinlər arasında tələfat və xəsarət alan yoxdur. Yanğın və yaşayış binalarının dağılması yoxdur. Hücuma məruz qalan ərazinin tədqiqi davam edir", - o bildirib.