Ukrayna kəşfiyyatının məxfi materialları Kiyevdəki mənzil-qərargahından "ölkənin qərbindəki təhlükəsiz yerlərə aparılıb".
"Leqal.az" xəbər verir ki, bu barədə "Washington Post" nəşri məlumat verib və bunu Ukraynanın Rusiya ilə sərhəddə münaqişənin gərginləşməsinə hazırlığının "zahiri əlamətləri" kimi dəyərləndidib.
Məlumatlı mənbə diqqəti ola cəlb edib ki, Ukrayna prezidenti administrasiyası ilə ölkənin kəşfiyyat rəhbərləri tərəfindən vəziyyətin qiymətləndirilməsinin üst-üstə düşməməsi göz qabağındadır.
Mənbənin sözlərinə görə, Ukrayna dövlətinin başçısı get-gedə buna meyylənir ki, Rusiyanın mümkün hərbi müdaxiləsi mövzusunu qabartmaqla amerikalılar Kiyevi NATO-ya üz olmaq planlarından əl çəkməyə məcbur etmək istəyindən irəli gəlir.
Amerikanın nüfuzlu "Politico" qəzeti qeyd edir ki, onda olan məlumatlara görə, Zelenski Ağ evin Rusiya təhlükəsini qəsdən artırmasını Moskva ilə Donbas üzrə razılıq əldə edilməsinin preambulası kimi dəyərləndirir.
Qəzet qeyd edir ki, öz növbəsində Ağ ev Kiyevin Rusiyanın Ukraynaya hərbi müdaxiləsi təhlükəsini azaltmasından narazıdır.
Xəbər verdiyimiz kimi, Amerikanın CNN televiziya kanalı adıçəkilməyən yüksək rütbəli Ukrayna məmuruna istinadən məlumat verib ki, ABŞ və Ukrayna prezidentləri arasında saat yarımlıq telefon danışığı "heç də yaxşı keçmədi".
Mənbənin sözlərinə görə, söhbət uzun və açıq olub. Ağ ev rəhbəri Ukrayna prezidentinə məlumat verib ki, müdaxilə qaçılmazdır və fevral ayında "torpaq quruyan kimi" baş verəcək.
CNN mənbəyə istinadən məlumat verib ki, Ukrayna rəhbəri öz həmkarına ABŞ və müttəfiqlərinin Moskva və Kiyev arasında münaqişənin qaçılmazlığı barəsində açıq ritorikasından narazılığını ifadə edib. Ukrayna prezidentinin fikrinə görə, bu mövzunun qabardılması Ukraynada təlaş əhval-ruhiyyəsi yaradır və bu, iqtisadiyyata mənfi təsir göstərir.
Ağ ev CNN-in məlumatını təkzib edərək qeyd edib ki, Baydenlə Zelenski arasında danışıqlarda "mümkün müdaxilə ehtimalı" güman edilib.
Həmçinin Rusiyanın Ukraynaya müdaxilə edəcəyi təqdirdə buna ABŞ-ın "qətiyyətli surətdə reaksiya verəcəyi" bir daha təsdiqlənib.
Ağ ev rəhbəri qeyd edib ki, Vaşinqton Kiyevə 500 milyon dollar məbləğində maddi yardım edib və Moskva tərəfindən hərbi təhlükə olduğu şəraitdə Ukrayna iqtisadiyyatına yardım etməkdə davam edəcək.
Ukrayna dövlət başçısının Twitter səhifəsində Baydenlə danışıqlar haqqında məlumat neytral tonlarda verilib.
Bir neçə gün əvvəl Ukrayna birləşmiş qüvvələrinin Donbasdakı əməliyyat komandanı Aleksandr Pavluk 20 fevralı Rusiyanın mümkün müdaxilə tarixi kimi qeyd edib. Onun vəziyyəti belə qiymətləndirməsi Rusiya tərəfindən hərbi əməliyyatların başlayacağı əlamətlərinin olmaması barədə rəsmi Kiyevi qiymətləndirməsi arasında ziddiyyət təşkil edir.
Bundan əvvəl Jirinovski də mümkün müharibənin əvvəlki iki Olimpiadalar zamanı olduğu kimi, üçüncü Olimpiada zamanı başlayacağını qeyd edib. (moderator)
Bizim Instagram səhifəmizə abunə olun!