Səlim Müslümov hakim qarşısına çıxarılır

Səlim Müslümov hakim qarşısına çıxarılır
  • Maraqlı

  • Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başlayır.

    Eks-nazir barəsindəki cinayət işi üzrə bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ilk iclas keçiriləcək.

    Qeyd edək ki, Səlim Müslümov DTX tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub.

    Sabiq nazir Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Daha sonra səhhətindəki problemlərlə bağlı o, ev dustaqlığına buraxılıb./qafqazinfo 
    PAYLAŞ:

    Oxşar xəbərlər