Azərbaycan helikopter qəzasına görə Gürcüstana başsağlığı verib.
Bu barədə xarici işlər naziri Ceyhun Bayramov “Twitter” hesabına paylaşım edib.
“Gürcüstanın Qudauri bölgəsində sərhəd polisi helikopterinin qəzaya uğraması ilə bağlı xəbər bizi çox kədərləndirdi. Həlak olanların ailələrinə və dost Gürcüstan xalqına dərin hüznlə başsağlığı veririk. Azərbaycan bu çətin gündə Gürcüstanın yanındadır”, – deyə nazir qeyd edib.
www.leqal.az