Azərbaycanın başlatdığı və Avropa İttifaqının dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişdirir.Azərbaycan özünün beynəlxalq arenada əlaqələrini sürətlə və uğurla inkişaf etdirir. Əlbəttə ki, Avropa İttifaqı da hər zaman ölkəmiz üçün olduqca önəmli tərəfdaşlardan biri olmuşdur. Bu səbəbdən iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” münasibətlərin daha da dərinləşməsi və inkişaf etdirilməsi istiqamətində önəmli əhəmiyyət kəsb edən sənəddir. Hərkəsə mlumdur ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın ən böyük hissəsi məhz enerji sahəsində həyata keçirilir. Memorandumun imzalanması mərasimindən sonra mətbuata bəyanatla çıxış edən Ölkə başçısı cənab İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan enerji sahəsində Avropa Komissiyası ilə on beş ildən artıq bir müddətdir ki, əməkdaşlıq edir. 18 iyul Memorandumu isə Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan ilk sənəd deyil.
Belə ki, bu tərəfdaşlar arasında hələ 2006-cı ildə Anlaşma Memorandumu və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamə imzalanıb.
Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji layihələrinin Avropanın enerji xəritəsini tamamilə dəyişdirdiyi hər kəs üçün göz önündədir. Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəməri çəkilmiş. 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi boru kəməri vasitəsilə Azərbaycanın təbii qazı Avropa qitəsinə çatdırılır. İki ildən az müddətdə Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir. Bütün seqmentlər istismar olunur.
Azərbaycan ilə Avropa İttifaqı arasında artıq yeni saziş hazırlanır. Bu məsələ də aparılan müzakirələrdə xüsusi yer almışdır və artıq gələn ay yani sazişin imzalanacağını gözləmək olar. Bu, Azərbaycan ilə Avropa İttifaqı arasında ikitərəfli əməkdaşlığa mühüm töhfə olacaq. Möhtərəm Prezidentimizin dediyi kimi, Avropa İttifaqı Azərbaycan üçün əsas ticari tərəfdaşdır və nəzərdə tutulan planların icrası ticari dövriyyəni həm Azərbaycan xalqının, həm də Avropa ölkələri xalqlarının rifahı naminə artıracaq. Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var və bu münasibətlər getdikcə daha da dərinləşəcəkdir və mohkəmlənəcəkdir.
Hikmət Əliyev,
Masallışəhər sakini