Koronavirusa yoluxanların sayı 300-ü keçdi

Koronavirusa yoluxanların sayı 300-ü keçdi
  • Maraqlı

  • Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 305 yeni yoluxma faktı qeydə alınıb, 175 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən iki nəfər vəfat edib.

    Azərbaycanda indiyədək ümumilikdə 795 495 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 784 356 nəfər müalicə olunaraq sağalıb, 9 729 nəfər vəfat edib, aktiv xəstə sayı 1 410 nəfərdir.


    Azərbaycanda son sutkada 2232 nəfər vaksinasiya olunub.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

    Gün ərzində birinci doza vaksinlərin sayı 424, ikinci doza vaksinlərin sayı 156 təşkil edib.

    Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1383-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 269 olub.

    PAYLAŞ:

    Oxşar xəbərlər