Erməni deputat Bakıya gəlmək istəyir - Sahibə Qafarovaya müraciət

Erməni deputat Bakıya gəlmək istəyir - Sahibə Qafarovaya müraciət
  • Maraqlı

  • Ermənistan parlamentindəki "Mənim qürurum var” fraksiyasının rəhbəri Hayk Mamicanyan Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovaya müraciət edəcək.

    Azərbaycanın ələ keçirdiyi erməni terrorçuları görmək istəyir.

    "Nəzərinizə çatdırım ki, mən sabah (bu gün-red.) Azərbaycan Milli Məclisinin sədrinə rəsmi müraciət ünvanlayıb, Azərbaycanda həbsdə olan soydaşlarımızı (erməni terrorçular-red.) görmək, onların sağlamlıq durumu və saxlanma şəraiti ilə tanış olmaq üçün səfər təşkil etməyi xahiş edəcəm. Mən məktubla və səfərimlə bağlı MDB, Avropa Şurası və Avropa Parlament Assambleyalarının prezidentlərini, həmçinin ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin Ermənistandakı səfirlərini də məlumatlandıracağam”, deyə Hayk Mamicanyan bildirib./Qaynarinfo
    PAYLAŞ:

    Oxşar xəbərlər