Rusiya Federasiyasında koronavirus infeksiyası ilə bağlı vəziyyət pisləşməyə başlayır.
Bu barədə ölkənin Koronavirusla Mübarizə və Nəzarət üzrə Operativ Qərargahı məlumat yayıb.
“Son bir həftədə əhalinin hər 100 000 nəfərinə yeni koronavirus infeksiyasına yoluxma nisbəti 20,1 olub və əvvəlki həftə ilə müqayisədə 30,2% artıb”, - deyə açıqlamada bildirilir.
Bundan əlavə, qərargah Rusiyanın 68 regionunda yoluxma hallarının sayında artımın müşahidə olunduğunu, o cümlədən 22 regionda ölkə üzrə orta göstəricini keçdiyini qeyd edib.
Artıq üçüncü həftədir ki, COVID-19-a yoluxma hallarında artım müşahidə olunduğu da vurğulanıb.
Son bir həftə ərzində hər 100 min nəfərə xəstəxanaya yerləşdirilmə nisbəti əvvəlki həftə ilə müqayisədə 3,2% artaraq 5,4 təşkil edib./oxu.az