Donbasda vəziyyət çətinləşib.
Leqal.az APA-ya istinadən xəbər verir ki, bu barədə Zelenski videomüraciətində bildirib.
Onun sözlərinə görə, itkilər getdikcə artır.
O vurğulayıb ki, Rusiya Ukraynanın bəzi şəhərlərini hər gün atəşə tutur.
"Bu gün Nikolayevə raket və artilleriyadan müntəzəm zərbələr endirilib. Rusiya ordusu yenidən Xarkovu və bölgənin əsas hissəsini - Starıy Saltov, Zoloçiv, Bayrak və başqalarını vurub. Yaralananlar və ölənlər var", - deyə Zelenski bildirib.
Onun sözlərinə görə, Rusiya ordusunun Donbasa basqın etmək cəhdləri dayanmır.