Türkiyənin Muğla şəhərinin Bodrum rayonunda meşə sahəsində yanğın başlayıb.
Leqal.az xəbər verir ki, bu barədə “Sözcü” məlumat yayıb.
Bildirilib ki, güclü külək nəticəsində ətrafa yayılan yanğın nəzarətə alınıb.
Bölgəyə 3 helikopter, 20-dən çox xüsusi texnika, eləcə də 50 meşə işçisi cəlb edilib.
Yanğının dəqiq səbəbi hələlik məlum deyil.
qafqazinfo