Rusiyanın genişmiqyaslı hücumu başlayandan bu günə kimi Ukrayna ordusu hərbi texnikasının yarısını itirib.
Leqal.Az xəbər verir ki, bu barədə Ukraynanın Quru Qoşunları Komandanlığının maddi-texniki təminat komandiri Vladimir Karpenko “National Defense”yə bildirib.
"Bu gün aktiv döyüşlər nəticəsində təxminən 30-40 %, bəzən isə 50 %-ə qədər texnika itkilərimiz var. Beləliklə, biz texnikamızın təxminən 50 %-i itirmişik. 1 300-ə yaxın piyada döyüş maşını, 400 tank və 700 artilleriya sistemi məhv edilib", - deyib.
O, həmçinin əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin bir briqadası cəbhə xəttinin təxminən 40 km-i əhatə edə bilər. Beləliklə, bütün cəbhəni bağlamaq və aktiv döyüşlər aparmaq üçün 40 briqada lazımdır.
Xatırladaq ki, Ukrayna tərəfi daha əvvəl Rusiya ilə müharibədə təxminən 1500 tank, 3 500-dən çox döyüş maşını və 700-dən çox artilleriya qurğusu itirdiyini açıqlayıb./report