Bu gün müstəqil ölkənin xoşbəxt gələcəyinin sahibləri olan uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Hər il iyun ayının 1-i bütün dünyada uşaqlara həsr olunur.
Sağlam təfəkkürlü bir cəmiyyətdən söhbət açarkən, ağıla gələn ilk olaraq uşaqlar olur. Onlar cəmiyyətin ən gözəl hissəsidir. Hər bir insan öz xoşbəxtliyini ilk növbədə öz övladında görür. Uşaqlar xoşbəxt olduqca dünya daha da gözəl bir məkana çevrilir.
Uşaqlar cəmiyyətin gələcəyidir. Məhz bu səbəbdən dövlətimiz heç zaman uşaqlardan öz qayğısını əsirgəməyib. Ölkəmizdə körpələrin azad, firavan yaşaması üçün zəruri addımlar atılıb. Respublikamızda uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər diqqətdə saxlanılır.
Bu gün iyunun 1-də bütün dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilsə də, Azərbaycanda valideyn qayğısından kənarda qalan, əlilliyi olan, autizm sindromlu, eləcə də daun sindromlu uşaqlarımız da var. Bu gün həm də onların bayramıdır.
www.Leqal.Az