Azərbaycanda son sutkada koronavirusdan ölən olmayıb

Azərbaycanda son sutkada koronavirusdan ölən olmayıb
  • Maraqlı

  • Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 yeni yoluxma faktı qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

    İndiyədək ölkədə ümumilikdə 792 562 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 761 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib. 92 nəfər aktiv xəstə sayını təşkil edib.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 104, bu günə qədər isə ümumilikdə 6 814 486 test icra olunub.

    www.leqal.az
    PAYLAŞ:

    Oxşar xəbərlər