Vitamin “bombası” olan kəsmiyin orqanizmə faydası AÇIQLANDI

Vitamin “bombası” olan kəsmiyin orqanizmə faydası AÇIQLANDI
  • Maraqlı

  • Kəsmik insanın dərisinin gəncliyini uzadır.

    Bunu rusiyalı dietoloq İrina Pisareva deyib.

    Onun sözlərinə görə, kəsmiyin tərkibində olan fol turşusu, eləcə də “A”, “E” və “B” vitaminləri insan orqanizminə faydalı təsir göstərir.

    Dietoloq həmçinin bildirib ki, fermentləşdirilmiş süd məhsulunun tərkibindəki komponentlərdən biri xüsusilə görünüşü yaxşılaşdırmağa kömək edir.


    “E” vitamini gözəllik vitamini hesab olunur, dərinin möhkəmliyini və gəncliyini qorumağa kömək edir. Həmçinin, kəsmik yaxşı mikroelement tərkibinə, o cümlədən kalsiuma malikdir, bu isə sümük toxumasını gücləndirməyə kömək edir”, - deyə o, bildirib.

    Ancaq dietoloq kəsmiyi hər gün qəbul etməyi məsləhət görməyib.

    “İnsanın rasionunda müxtəliflik olmalıdır”, - deyə Pisareva sözlərini yekunlaşdırıb.

    Yeri gəlmişkən qeyd edək ki, kəsmiyin mikroelement tərkibində həmçinin kalium, dəmir, maqnezium, natrium, fosfor, sink, xolin, selenium, “C” vitamini və nikotinik turşusu var. Bütün bu maddələr metabolik və bərpa proseslərində, sümük və damar toxumalarının formalaşmasında, həmçinin qanın artmasında fəal iştirak edir.

    www.leqal.az

    oxu.az
    PAYLAŞ:

    Oxşar xəbərlər