Ölkəmizdə rəsmi səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Henri Klugenin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayevlə birlikdə Fəxri xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub.
"Leqal.az"ın məlumatına görə, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi də yad edilib, məzarı üzərinə tər çiçəklər düzülüb.
Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib. Qonaqlar «Əbədi məşəl» kompleksinin önünə əklil qoyublar.