Albalı ağrıkəsici dərmanlardan daha təsirlidir

Albalı ağrıkəsici dərmanlardan daha təsirlidir
  • Maraqlı

  • Albalı bir sıra xəstəliklərin profilaktikasında çox faydalıdır. 

    “Leqal.az” xəbər verir ki, albalının tərkibində C vitamini olduğu üçün virus və bakteriyalara qarşı mübarizə apara və immunitet sistemini gücləndirməyə kömək edir. 

    Bu meyvədən, eyni zamanda, güclü ağrıkəsici kimi də istifadə olunur. 20 ədəd albalının tərkibində 12-25 milliqram arasında olan antosiyanin maddəsi var, bu da onu ağrıkəsici həblərdən 10 dəfə daha təsirli edir.

    Albalı tərkibindəki zəngin minerallarla bədəndəki suyu tarazlayır və qəbizliyi aradan qaldırır. Xolesterolu və qan şəkərini azaldır, damar sərtliyinin müalicəsində təsirlidir. Tərkibində göz xəstəliklərindən qoruyan iltihab əleyhinə güclü bir vasitə olan quercetin adlı maddə var. Böyrəklərdə olan zəhərli maddələri təmizləyir. Revmatizm xəstəliklərinin də qarşısını alır. Yüksək antioksidant tərkibi ilə sinir hüceyrələrini yaxşı qidalandırır. Bununla da yuxusuzluq probleminə qarşı faydalıdır.

    Qan təzyiqinin yüksəlməsi iflic kimi xəstəliklərin riskini artırır. Albalı isə qan təzyiqini normallaşdırır.

    Hərəkətsiz həyat və qeyri-sağlam qidalanma əzələ və sümük sağlamlığına pis təsir edir. Əzələ ağrılarının xüsusilə 30 yaşdan sonra müşahidə olunmasının səbəblərindən biri də budur. Bu hal insanın özünü yorğun hiss etməsinə səbəb olur. Albalının tərkibindəki vitaminlər isə əzələ və sümüklərdəki toksin yığımını azaldır./qafqazinfo
    PAYLAŞ:

    Oxşar xəbərlər