ABŞ Ukrayna ordusuna təlim keçəcək

ABŞ Ukrayna ordusuna təlim keçəcək
  • Maraqlı / Dünya

  • ABŞ Müdafiə Nazirliyi Ukrayna hərbçilərinə yeni silahlarla rəftar qaydalarını öyrətmək üçün təlim planı hazırlayır.

    Nazirliyin yüksək vəzifəli rəsmisinin sözlərinə görə, təlim bir neçə gün davam edəcək. Bu müddət ərzində Ukrayna əsgərləri 155 mm-lik haubitsa topları, artilleriya əleyhinə radarlar və “Sentinel” hava hücumundan müdafiə (HHM) radarlarından istifadənin əsaslarını mənimsəyəcəklər.

    ABŞ Prezidenti Co Baydenin administrasiyası döyüşlərin növbəti mərhələsinin Donbas ərazisində keçiriləcəyini ehtimal edir. Orada, ABŞ-ın fikrincə, açıq sahələrdə böyük döyüşlər və toqquşmalar ola bilər. Vaşinqton bu fərziyyələrə əsaslanaraq, Ukrayna Silahlı Qüvvələrinə verilən silah növlərinin siyahısını xeyli genişləndirib.

    Məlumata görə, ABŞ ilk dəfə olaraq Ukraynaya piyada əleyhinə minalar, uzaqmənzilli artilleriya, zirehli maşınlar və radardan müdafiə vasitələri tədarük edəcək.

    Mənbə: Lenta.ru
    PAYLAŞ:

    Oxşar xəbərlər