“Moskva” kreyserinə ciddi ziyan dəyib - Rusiya MN açıqlama yaydı

“Moskva” kreyserinə ciddi ziyan dəyib - Rusiya MN açıqlama yaydı
  • Maraqlı / Dünya

  • Rusiyanın “Moskva” raket kreyserində yanğın baş verib.

    “Leqal.az“ xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

    Məlumata görə, baş verən yanğın nəticəsində döyüş sursatları partlayıb, gəmiyə ciddi ziyan dəyib. 

    “Ekipaj tamamilə təxliyə edilib, yanğının baş vermə səbəbləri araşdırılır” - məluamtda qeyd olunur.

    Qeyd edək ki, daha öncə “Moskva” kreyserinin Ukrayna hərbçiləri tərəfindən “Neptun” raketləri ilə vurulduğu məlumatı yayılıb. Bu barədə Odessa vilayəti hərbi administrasiyasının rəhbəri Maksim Marçenko məlumat paylaşıb. Məlumatda Rusiya gəmisinə ciddi ziyan dəydiyi qeyd olunub./qafqazinfo
    PAYLAŞ:

    Oxşar xəbərlər