Zelenski çağırış etdi, London küçələrə axışdı

Zelenski çağırış etdi, London küçələrə axışdı
  • Maraqlı / Dünya

  • Ukrayna Prezidenti Volodimir Zelenskinin dünyanın dörd bir tərəfindəki xalqları “sülhü və azadlığı dəstəkləmək üçün küçələrə çıxmağa” çağırmasından sonra İngiltərənin paytaxtı Londonda minlərlə insan Ukraynaya dəstək üçün küçələrə axışıb.

    “Leqal.az” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, aksiyanı London bələdiyyəsi təşkil edib.

    Müharibəyə qarşı çıxan insanlar əllərində Ukrayna bayraqları ilə Trafalqar meydanına çıxaraq, müharibənin dərhal dayandırılmasını tələb ediblər.

    İngiltərədəki bir çox vətəndaş cəmiyyəti təşkilatları nümayəndələri ilə yanaşı, London bələdiyyəsinin sədri Sadiq Xan da Ukrayna xalqı ilə həmrəyliyini göstərmək üçün aksiyada iştirak edib.qafqazinfo
    PAYLAŞ:

    Oxşar xəbərlər