Rusiya XİN hədələdi: “Kiyevə silah verənlər və muzdlu yollayanlar özlərinə birbaşa problem yaradırlar”

Rusiya XİN hədələdi: “Kiyevə silah verənlər və muzdlu yollayanlar özlərinə birbaşa problem yaradırlar”
  • Maraqlı / Dünya

  • “Ukraynaya silah verən ölkələr özlərinə birbaşa problemlər yaradır”.

    Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Solovyov Live” verilişinin efirində aparıcının sualını cavablandırarkən bildirib.

    “Əgər belə bir qərar - təkcə Slovakiya tərəfindən deyil, digər dövlətlər tərəfindən də qəbul edilərsə o zaman onlar özlərinə problemlər yaradırlar... Birbaşa öz əlləri ilə problemlər yaradırlar”, - deyə Zaxarova Bratislavanın guya Kiyevi Sovet istehsalı olan zenit-raket kompleksləri ilə təchiz etmək qərarı barədə məlumatları şərh edib.

    “Eyni şey muzdluların göndərilməsinə də aiddir”, - deyə Zaxarova əlavə edib və bildirib ki, bütün bunlar Ukraynanın dünyadakı səfirlikləri vasitəsilə həyata keçirilir.

    RF XİN sözcüsü həmçinin Moskvanın Vaşinqtonla fəal danışıqlar prosesi aparmadığını, yalnız ayrı-ayrılıqda yaranan problemlər üzrə dəqiq təmaslar olduğunu vurğulayıb.

    Mənbə: RİA Novosri
    PAYLAŞ:

    Oxşar xəbərlər