Azərbaycan qadını bütün dövrlərdə dövlətə öz sədaqəti və fədəkarlığı ilə seçilmişdir.

Azərbaycan qadını bütün dövrlərdə dövlətə öz sədaqəti və fədəkarlığı ilə seçilmişdir.
  • Maraqlı

  • İradə və mərdliyi, saflığı və sədaqəti, zəka və müdrikliyi ilə seçilən Azərbaycan qadını tarix boyu cəmiyyətimizin milli-mənəvi dəyərlər sisteminin formalaşaraq inkişaf etməsində, eləcə də ümumi tərəqqisində müstəsna rol oynayıb və oynamaqdadır. Bu mənada təsadüfi deyil ki, zəngin bir keçmişə malik Azərbaycan xalqının tarixində adını qızıl hərflərlə əks etdirən qadınlarımızın sayı kifayət qədərdir.

    İstər xalq yaradıcılığında, istərsə də yazılı ədəbiyyata öz möhürünü vurmuş mütəffəkirlərin ədəbi fəaliyyətində Azərbaycan qadını həyat mənbəyi və müdriklik mücəssəməsi kimi vəsf olunub. Azərbaycan qadını düşmənə qarşı cəbhədə də böyük mətanətlə vuraşaraq rəşadətlər göstərib, yağıya qan uddurub, haqqında qəhrəmanlıq salnaməsi yaradıb. Tariximizin hər səhifəsi qadınlarımızın müdrikliyi, fədakarlığı və qəhrəmanlığının parlaq nümunələri ilə zəngindir. Bütün zamanlarda cəmiyyətimizdə daim qadına böyük hörmət və ehtiram göstərilib, dünyaya həyat bəxş edən ana adı uca tutulub. Bu, Azərbaycan mentalitetinin, milli-mənəvi, mədəni dəyərlər sisteminin ayrılmaz və həmişəyaşar bir hissəsinə çevrilib.
    Ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı.Ümummilli Lider Heydər Əliyev demişdir: qadınsız insan yoxdur, qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar.

    ”Möhtərəm Prezidentimiz cənab İlham Əliyev də qadınların cəmiyyətin inkişafındakı rolunu qiymətləndirərək qeyd etmişdir ki, “Tariximizin hər bir dövründə qadınlarımız cəmiyyətin sarsılmaz mənəvi dayağı olmuş, ölkəmizin bu günkü simasının müəyyənləşməsi üçün böyük fədakarlıqlar göstərmişlər.Dövlət qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb.

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevnın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir. Azərbaycanın birinci xanımının hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Azərbaycanın birinci xanımının hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər biz xanımlar üçün örnəkdir.

    Vətən müharibəsində əldə olunan tarixi zəfərdə qadınların əvəzsiz rolu vardır.Ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərimizi, vətən uğrunda savaşan qazilərimizi, əsgərlərimizi dünyaya gətirən, onlara vətənpərvərlik ruhunu və Qarabağ sevgisini aşılayan, düzgün tərbiyə verən məhz Azərbaycan qadınlarıdır,Azərbaycn anasıdır.O analar ki, əzizinin tabutunu başı üzərində apardı, təklikdə və içində ağladı. Dilində isə yalnız bir söz vardı: "Təki Vətən sağ olsun.” Bəli budur Azərbaycan qadını. Azərbaycan anası.Biz Sizlərə borcluyuq əziz analar. Sizin qarşınızda baş əyib,əllərinizdən öpürəm.

    Analar balasını böyütmək üçün gözünün nurunu.saçının rəngini.gecənin yuxusunu fəda edər.Nə yaxşı ki varsız əziz analar.əziz xanımlar.
    Bayramınız mübarək!


    Əntiqə Tağıyeva,
    Masallı Tarix Diyarşünaslıq Muzeyinin direktoru
    PAYLAŞ:

    Oxşar xəbərlər