Zelenski Putinə üz tutdu: “Danışıqlar masasına otur”

Zelenski Putinə üz tutdu: “Danışıqlar masasına otur”
  • Maraqlı / Dünya

  • Ukrayna prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinin onunla danışıqlardan yayındığını deyib.

    Bu barədə dövlət başçısı martın 3-də keçirdiyi mətbuat konfransında bəyan edib. Zelenski Putinə müraciət edib:

    “Bizdən nə istəyirsən? Torpağımızı tərk et. İndi getmək istəmirsənsə, mənimlə danışıqlar masasına əyləş. Mən azadam. Mən normal adamam, mənimlə otur, danış. Nədən qorxursunuz? Biz heç kimi təhdid etmirik, biz terrorçu deyilik. Biz bankları ələ keçirmirik.Və başqalarının torpaqlarını da ələ keçirmirik”, -deyə o, bildirib. //Oxu.az

    "LEQAL.AZ"
    PAYLAŞ:

    Oxşar xəbərlər