Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqlar bu dəqiqələrdə başlayacaq.
"Leqal.az" xəbər verir ki, bu sözləri Xalqın Xidmətçisi fraksiyasından olan deputat Fedor Venislavski canlı efirdə deyib.
O bildirib ki, 20:30-a (Bakı vaxtı ilə 22:30) olan məlumata görə, nümayəndə heyəti artıq görüş yerinə yaxınlaşıb:
“Düşünürəm, görüş yaxın dəqiqələrdə başlayacaq və yaxud artıq başlayıb”.
Onun sözlərinə görə, görüşün nəticəsi yaxın 4-5 saat ərzində bilinəcək. //axar.az