Rusiya prezidenti Vladimir Putin NATO liderlərinin aqressiv bəyanatlarına və Moskvaya qarşı iqtisadi sanksiyalara istinad edərək, öz hərbi komandanlığına Rusiyanın nüvə qüvvələrinin hazırlıq vəziyyətinə gətirməyi əmr edib.
“Leqal.az” xəbər verir ki, o, bu barədə dövlət televiziyasında bildirib.
“Gördüyünüz kimi, Qərb ölkələri təkcə iqtisadi ölçüdə ölkəmizə qarşı qeyri-dost addımlar atmır, - mən hər kəsin çox yaxşı bildiyi qeyri-qanuni sanksiyaları nəzərdə tuturam, həm də NATO-nun aparıcı dövlətlərinin yüksək səviyyəli rəsmiləri özlərinə aqressiv bəyanatlar verməyə imkan verirlər”
Rusiya dünyada ən böyük nüvə silahı ehtiyatına malikdir, lakin NATO-nun da Rusiyanı məhv etmək üçün kifayət qədər silahı var.
- Putin çıxışında bildirib.