Paytaxtın daha bir ərazisində işıqfor və yol nişanları quraşdırılıb

Paytaxtın daha bir ərazisində işıqfor və yol nişanları quraşdırılıb
  • İqtisadiyyat

  • Yol hərəkətinin təhlükəsizlik səviyyəsinin artırılması, sıxlıq hallarının aradan qaldırılması məqsədilə Bəkir Çobanzadə və Cəmşid Naxçıvanski küçələrinin kəsişməsində işıqfor obyektləri və müvafiq yol nişanları quraşdırılıb, nişanlanma işləri aparılıb.

    Bakı Nəqliyyat Agentliyindən LEQAL.AZ-a bildirilib ki, nəticədə kəsişmədə kilidlənmiş tıxacların yaranması ehtimalı azaldılıb, növbəli hərəkət təmin edilərək yol nəqliyyat hadisələrinin baş vermə riski minimuma endirilib, nizamlanan eyni səviyyəli piyada keçidləri sayəsində piyadaların rahatlığı və təhlükəsizliyi təmin edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər