Rəsmilər Şəhidlər xiyabanında

Rəsmilər Şəhidlər xiyabanında
  • Cəmiyyət / Maraqlı

  • Azərbaycanın Baş naziri Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev 20 Yanvar faciəsinin ildönümü ilə bağlı Şəhidlər xiyabanını ziyarət ediblər.

    Leqal.az-ın məlumatına görə, rəsmilər şəhidlərimizin ruhunu ehtiramla yad ediblər.

    Bundan başqa, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov, müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev də Şəhidlər xiyabanını ziyarət edən dövlət rəsmiləri arasında olub.
    PAYLAŞ:

    Oxşar xəbərlər