2003-cü ilin oktyabrın 15-dən Azərbaycan prezidenti İlham Əliyev xarici ölkələrə mütəmadi səfərləri olmaqla yanaşı, digər dövlət rəhbərlərinin çox saylı qəbul etmişdir. Möhtərəm Prezident 2003-cü il oktyabr ayının 31-dən hal-hazıra kimi dünyanın 109 ölkəsinə 339 dəfə səfərə getmişdir. Səfərlərin 75 faizi Avropa ölkələrinin payına düşür.
Azərbaycan Respublikasının Prezidenti həm xarici ölkələrə səfərləri zamanı, həm də Azərbaycana qonaq gəlmiş xarici ölkələrin dövlət, hökumət və parlament rəhbərləri, beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri ilə çox intensiv görüşlər keçirmiş, müzakirələr aparmışdır. Dövlət başçısı bu səfərləri zamanı dövlət, hökumət və parlament rəhbərləri ilə 254 görüş və qəbul, beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri ilə 64 görüş və qəbul, ümumilikdə 486 görüş və qəbul keçirmişdir.
Fəaliyyəti dövründə Prezident İlham Əliyev Azərbaycanın ən mühüm problemlərindən biri olan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması məqsədilə danışıqlar aparmaq üçün 17 dəfə Ermənistanın dövlət başçısı (12 dəfə Robert Koçaryanla, 5 dəfə Serj Sarkisyanla) ilə görüşmüşdür. Dağlıq Qarabağ məsələsi ilə əlaqədar İlham Əliyev ATƏT-in Minsk qrupunun ABŞ, Fransa və Rusiyadan olan həmsədrlərini 47 dəfə qəbul etmişdir. Ümumiyyətlə, Dövlət başçısının xaricdə və Azərbaycanda keçirdiyi görüş və qəbulların sayı 1780-dən çoxdur.
Prezident İlham Əliyevin xarici siyasət fəaliyyəti ilə bağlı səfərlərinin, görüşlərinin, qəbullarının, nitqlərinin, çıxışlarının, bəyanatlarının, müsahibələrinin, imzaladığı sənədlərin ümumi sayı 5000-dən çoxdur.
Beynəlxalq tədbirlərin Azərbaycanda təşkili hər şeydən öncə ölkəmizə olan etimad və inamın, dövlət başçısı cənab İlham Əliyevin beynəlxalq aləmdə artan nüfuzunun,ölkəmizdə olan siyasi sabitlik və təhlükəsizlik mühitinin göstəricisidir.
Azərbaycandan sonra beynəlxalq tədbirlərə ev sahibliyi edən dövlətlərin bir çoxu ölkəmizə müraciət edərək təşkilatçılıqla bağlı məsələlərdə köməklik göstərməyimizi xahiş edirlər. “Azərbaycan modeli”ndən faydalanmağa çalışırlar. Bu gün Azərbaycan bütün dünyada beynəlxalq təşkilatların təşkilində zəngin təcrübəyə malik ölkələrdən biridir və bu sahədəki təcrübəsini hər yeni tədbirlə daha da inkişaf etdirir, zənginləşdirir.
Beynəlxalq tədbirlərin Azərbaycanda təşkili Azərbaycan dövlətinin ayrılmaz bir parçası olan doğma Qarabağın, Şuşanın taixi-mədəni baxımdan qonaqlara təqdim edilməsi, tanıdılması idi. Onlar bu səfərlə qədim Azərbaycan mədəniyyəti, zəngin tarixmizlə tanış olmaq fürsəti əldə etdilər.
Ulu Öndər Heydər Əliyevin uğurlu siyasət təcrübəsi, sinkretiklik Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən layiqli formada davam etdirilir, qətiyyətli addımlar dünyada Azərbaycan modelini gündəmə gətirir.
Əfrail Fərziyev,
YAP veteranı