Hal hazırda Azərbaycanın iqtisadi – siyasi arenada öz sözünü deməsi və suverenlik qazandıqdan sonra bir çox böyük layihələrdə hə iştirak etməsi həm ev sahibliyi etməsi birmənalı olaraq dövlətlər arasında nüfuza sahib olmasından irəli gəlir. Azərbaycan respublikası COP-19 layihəsində ev sahibliyi etmiş və bütün dövlətlət arasında həm siyasi həm iqtisadi mövqeyini sərgiləmişdir.
Azərbaycan qonşu dövlətlərdən biri olan Gürcüstanla qədim tarixi əlaqələri vardır.
Azərbaycan – Gürcüstan münasibətlərinin əsasını ulu öndər Heydər Əliyev və Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze qoyublar: “Bu iki böyük dövlət xadiminin yaratdığı möhkəm təməl üzərində qurulan əlaqələr bu gün də uğurla inkişaf edir və gələcəkdə daha da güclənəcək. Bu münasibətlərin daha da dərinləşməsi və əməkdaşlığın genişlənməsi Gürcüstanda olduğu kimi, Azərbaycanda da məmnuniyyətlə qarşılanır. Bu dostluq və tərəfdaşlıq regionun gələcəyi üçün möhkəm əsas yaradır və hər iki xalqın rifahına xidmət edir. Azərbaycan və Gürcüstanın birgə səyləri, sülh və sabitliyin qorunması istiqamətində atılan addımlar regionun inkişafına və çiçəklənməsinə mühüm töhfə verir. Bu əməkdaşlıq modeli digər region ölkələri üçün də nümunə ola bilər”.
Azərbaycan və Gürcüstan bütün sahələrdə, təkcə iqtisadi deyil, siyasi, mədəni və təhlükəsizlik sahələrində əməkdaşlığı genişləndirəcək. Məqsədimiz bölgədə əbədi sülh və rifahın təmin olunmasıdır.
Yeni formalaşmış Gürcüstan hökumətinin ilk xarici səfərinin Azərbaycana edilməsi bu dostluğun və tərəfdaşlığın gücünü bir daha təsdiqləyir: “Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin parlament seçkilərindən və yeni hökumətin təsdiqindən sonra ilk xarici səfərini Bakıya etməsi təsadüfi deyil. Bundan öncə isə Gürcüstanın xarici işlər naziri Bakıya səfər etmişdi. Bu ardıcıl səfərlər göstərir ki, Azərbaycan və Gürcüstan Cənubi Qafqazda və daha geniş regionda sülh və sabitliyin qorunmasında mühüm rol oynayır. Bu gün Azərbaycan və Gürcüstan dünya siyasətində yeni, güclü oyunçulara çevrilir. Nə Şərq, nə də Qərb öz inkişafını eyni səviyyədə davam etdirə bilər. Əsas odur ki, regionumuzda sülh və sabitlik daim qorunsun.
17 yanvar tarixində Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətbuata birgə bəyanatında bağlantılar və Orta Dəhliz layihəsinə toxunub.
Ölkələrimizin burada da yaxın tərəfdaşlar kimi fəaliyyət göstərdiklərini vurğulayan dövlətimizin başçısı deyib:“Bizim müvafiq qurumlarımızın koordinasiya şəklindəki fəaliyyəti bu layihəni də əminəm ki, uğurla başa çatdıracaq. Burada, əlbəttə ki, biz bir çox qonşularla təmasda olmalıyıq və bu təmaslar var. Bu da böyük coğrafiyanı əhatə edən layihədir və yenə də Gürcüstanla Azərbaycan burada Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır”.
Azərbaycan və Gürcüstan dövlətlərinin coğrafi mövqeyi həm Avropa həm Asiya dəhlizinin üzərində yerləşməsi , bilavasitə Prezidentimiz İlham Əliyevin uzaqgörən siyasəti ilə respublikamızın inkişafına və uzunmüddətli xarici ticarət əlaqələrinin inkişafina gətirib çıxaracaqdır
Həsənova Xatirə, Masallı rayonu, Təzə Alvadı 2 nömrəli tam orta məktəbi