132 vaqon Rusiya buğdası Azərbaycandan keçməklə Ermənistana göndəriləcək

132 vaqon Rusiya buğdası Azərbaycandan keçməklə Ermənistana göndəriləcək
  • İqtisadiyyat

  • Rusiyanın Dəmir Yolları Şirkəti (RJD) Ermənistana buğdanın yeni partiyasının göndərilməsini təşkil edib.

    “Leqal” xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyinin yaydığı məlumatda deyilir.

    Vurğulanır ki, 1990-cı illərdən bəri ilk dəfədir ki, Rusiya yükü Azərbaycan ərazisindən tranzit qaydada Ermənistana çatdırılır.

    Məlumata görə, Ulyanovsk vilayətinin Dimitrovqrad stansiyasından 1000 tondan çox buğda yüklənib və 15 ədəd taxıl daşıyan vaqon Azərbaycan ərazisindən keçərək, artıq Gürcüstan–Ermənistan sərhədini keçib.

    “Yük yaxın günlərdə Cənubi Qafqaz Dəmir Yolunun Dalarik stansiyasına çatdırılacaq:

    Yeni logistik marşrutun təşkili Azərbaycan ərazisindən Ermənistana tranzit daşımaların bərpa olunması sayəsində mümkün olub. Bu, iki ölkə arasında ticarət yüklərinin dəmir yolu ilə hərəkətinin təxminən 30 ildən sonra ilk bərpası kimi qiymətləndirilir.

    RJD-nin məlumatına əsasən, 2026-cı ilin yanvar ayının sonuna qədər bu marşrut üzrə daha 132 vaqon buğda göndərilməsi planlaşdırılır. Gələcəkdə eyni dəmir yolu xətti ilə digər növ yüklərin də daşınması nəzərdə tutulur”.
    PAYLAŞ:

    Oxşar xəbərlər