"Yuventus" - "Napoli" matçı növbəti dəfə təxirə salındı

"Yuventus" - "Napoli" matçı növbəti dəfə təxirə salındı
  • İdman

  • İtaliya A Seriyasının III turundan təxirə salınmış "Yuventus" - "Napoli" matçının vaxtı növbəti dəfə dəyişdirilib.

    LEQAL.AZ çempionatına rəsmi saytına istinadən xəbər verir ki, martın 17-də keçirilməli olan qarşılaşma aprelin 7-nə təyin olunub.

    Qərarın səbəbi açıqlanmayıb.

    Qeyd edək ki, görüş ötən il oktyabrın 4-də "Yuventus"a məxsus "Alyans" stadionunda oynanılmalı idi. Həmin vaxt Neapol təmsilçisinin heyətində koronavirusa yoluxma halı aşkarlandığından komanda Turinə yollana bilməmişdi. Nəticədə texniki məğlubiyyət alan klubun koronavirusla bağlı protokola əməl etmədiyi üçün bir xalı da silinmişdi.

    "Napoli"nin iki apellyasiya şikayəti təmin edilməsə də, sonda İtaliya Olimpiya Komitəsi qərarı ləğv edərək, matçı martın 17-nə təxirə salmışdı.
    PAYLAŞ:

    Oxşar xəbərlər