UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsi çərçivəsində baş tutacaq “Mançester Siti” - “Borussiya Münhenqladbax” klublarının cavab görüşü Mançesterdə keçirilməyəcək.
LEQAL.AZ UEFA-nın saytına istinadla xəbər verir ki, koronavirus pandemiyasına görə tətbiq edilən səyahət məhdudiyyətləri səbəbindən matç Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək.
Qeyd edək ki, “Mançester Siti”nin 2:0 hesabı ilə qalib gəldiyi birinci görüş də Münhenqladbaxda yox, “Puşkaş Arena”da keçirilib. Cavab matçı martın 16-da olacaq.